Britaniya Müdafiə Nazirliyinin keçmiş rəhbəri: Ukrayna səfərbərliyi gücləndirməlidir

Britaniya Müdafiə Nazirliyinin keçmiş rəhbəri: Ukrayna səfərbərliyi gücləndirməlidir

2 Oktyabr 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles hesab edir ki, Ukrayna hakimiyyəti əks-hücumun tempinin səngiməsinin qarşısını almaq üçün gəncləri fəal şəkildə hərbi xidmətə cəlb etməlidir. O, bu barədə “The Daily Telegraph” qəzetinin köşə yazısında yazıb.

Onun sözlərinə görə, hazırda cəbhədəki ukraynalı əsgərlərin orta yaşı 40-ı ötür.

"Mən prezident Vladimir Zelenskinin gəncləri gələcək üçün qorumaq istəyini başa düşürəm" deyə Uolles yazıb. O, ola bilsin ki, "Ukraynanın səfərbərliyinin miqyasını yenidən qiymətləndirməyin" vaxtı çatıb.

Keçmiş nazir həmçinin bildirib ki, vəzifəsindən getməzdən əvvəl Britaniyanın baş nazirindən bu il Ukraynaya vəd edilən 2,3 milyard funt-sterlinqin artırılmasını istəyib və Londonun artıq xərclədiyi 4,6 milyard funt-sterlinqə əlavə edib. TASS xəbər verir ki, Uolles qeyd edib ki, Kiyevə yardımın həcminə görə Britaniya Almaniyadan geri qalır.

Xatırladaq ki, Britaniyanın ötən il Ukraynaya köçürdüyü hərbi yardımın həcmi təxminən 2,3 milyard funt sterlinq təşkil edib. Bu il London ən azı eyni məbləği ayırmağı öhdəsinə götürüb. Britaniya artıq Kiyevi uzaqmənzilli “Storm Shadow” raketləri, “Challenger 2” tankları, AS90 özüyeriyən haubitsaları və M270 reaktiv yaylım atəşi sistemləri ilə təmin edib.

Bundan əvvəl Belfastdakı Kraliça Universitetinin beynəlxalq əlaqələr üzrə alimi Aleksandr Titov bildirmişdi ki, yay əks-hücumunun tam uğursuzluğu Ukrayna hakimiyyətini total səfərbərlik elan etməyə məcbur edəcək. Ekspert həmçinin təklif edib ki, Ukrayna görünməmiş miqdarda silah istəyəcək.

Əziz Mustafa