Vyetnamda daşqınlar 9 nəfərin həyatına son qoyub

Vyetnamda daşqınlar 9 nəfərin həyatına son qoyub

2 Oktyabr 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Vyetnamın şimalında və mərkəzi hissəsində baş vermiş daşqınlar nəticəsində 9 nəfər ölüb, 1 nəfər itkin düşüb, 10 nəfər yaralanıb.

Sinxua bu barədə ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması və Nəzarəti üzrə Milli Rəhbər Komitəsinə istinadən məlumat yayıb.

Güclü yağışın yaratdığı daşqınlar həmçinin evlərə, yollara, akvakultura gölməçələrinə, düyü və digər əkinlərə ziyan vurmuş, ev quşları və mal-qara tələf olmuşdur.

Ölkənin Baş Statistika İdarəsinin məlumatına görə, bu ilin ilk 9 ayında Vyetnamda 98 nəfərin öldüyü və ya itkin düşdüyü təbii fəlakətlər, əsasən də daşqınlar və torpaq sürüşmələri nəticəsində 103 nəfər xəsarət alıb.

Əziz Mustafa