
Ukraynanı dəstəkləməkdən imtina etməsi ABŞ üçün fəlakətli nəticələrə gətirib çıxara bilər
Vaşinqtonun Ukraynanı dəstəkləməkdən imtina etməsi ABŞ-ın özü üçün fəlakətli nəticələrə gətirib çıxara bilər ki, bu, hətta Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə müqayisə olunmazdır. Bu fikri CBS telekanalına müsahibəsində respublikaçı senator Lindsi Qrem deyib.
"Ukraynanı bağlasaq, Əfqanıstandan 10 dəfə pis olacaq", - Qrem deyib.
Xüsusilə, o hesab edir ki, ABŞ-ın Kiyevi dəstəkləməkdən imtina etməsi Tayvanla bağlı vəziyyətə təsir edəcək. Onun sözlərinə görə, bu, ada üçün “ölüm hökmü” olardı.
Daha əvvəl bildirilmişdi ki, ABŞ prezidenti Co Bayden oktyabrın 1-nə keçən gecə federal hökumətin maliyyələşdirilməsinin 45 gün müddətinə uzadılmasını nəzərdə tutan qanunu imzalayıb. Bunda Ukraynaya heç bir yardım yoxdur.
Əziz Mustafa
Digər xəbərlər