
Türkiyə İraqa hava zərbələri endirib
Türkiyə Silahlı Qüvvələri Ankaranın mərkəzində terrora cəhddən sonra Şimali İraqda PKK yaraqlılarına qarşı hava zərbələri endirib, Türkiyə Milli Müdafiə Nazirliyi X sosial şəbəkəsində bildirib.
"İraqın şimalındakı Metina, Hakurk, Qəndil və Qara bölgələrində terrorçuların hədəflərinə aviazərbələr endirilib", - deyə idarənin açıqlamasında bildirilir.
Nazirlikdən verilən məlumata görə, nəticədə 20 obyekt dağılıb. Bundan əlavə, "çoxlu sayda terrorçu zərərsizləşdirilib", departament vurğulayır.
Bundan əvvəl, oktyabrın 1-də iki terrorçu oğurlanmış avtomobillə Ankaranın mərkəzində Türkiyə Daxili İşlər Nazirliyinin binasının qapısına qədər gediblər. Onlardan biri partlayıcı qurğunu işə salıb. Hücum edənlərin üzərinə atəş açılıb, ikinci terrorçu isə zərərsizləşdirilib. Atışma nəticəsində iki polis əməkdaşı yaralanıb.
Əziz Mustafa