
Pentaqon İranın hücum silahları hazırlamasından narahatdır
Pentaqon İranın iki həftədən az müddətdə nüvə qurğusu yaratmaq üçün kifayət qədər resursunun olduğunu bildirib.
ABŞ ordusunun fikrincə, Tehran rejimi nüvə silahına ehtiyacı olduğuna qərar verərsə, nüvə qurğusunun yaradılması iki həftədən çox çəkməyəcək.
"İranın yaxın gələcəkdə nüvə silahı proqramı həyata keçirəcəyi güman edilmir, lakin iki həftədən az müddətdə nüvə qurğusu yaratmaq üçün kifayət qədər parçalanan material istehsal etmək qabiliyyətinə malikdir", - Pentaqon bildirib.
Bundan əlavə, Birləşmiş Ştatlar hesab edir ki, İran kimyəvi silahlara nəzarət üzrə öhdəliklərinə əməl etmir, çünki o, hazırkı razılaşmaların tələb etdiyi kimi kimyəvi silah istehsalı obyektləri barədə tam bəyannamə təqdim etməyib.
Ümumiyyətlə, Pentaqon İranın hücum silahları hazırlamasından narahatdır.
Əziz Mustafa