
Kiprdə danışıqlara başlamaq üçün səfir təyinatı dəstəklənib
Avropa Parlamentinin sədri Roberta Metsola Nyu-Yorkda keçirilən görüşdə Aİ-nin qanunvericilik və məşvərət orqanı olan AP-nin bu məsələ ilə bağlı ortaq mövqeyini BMT-nin baş katibi Antonio Quterreşə çatdırdığını bildirib.
Avropa Parlamentinin (AP) sədri Roberta Metsola, AP-nin bölünmüş Kipri birləşdirmək üçün dalana dirənmiş danışıqları bərpa etmək şansını qiymətləndirmək üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən səfir təyin edilməsini dəstəklədiyini açıqlayıb.
Roberta Metsola bəyan edib ki, Aİ-nin qanunvericilik və məşvərət orqanı olan AP Nyu-Yorkda keçirilən görüş zamanı bu məsələ ilə bağlı ümumi mövqeyini BMT-nin Baş katibi Antonio Quterreşə çatdırıb.
Metsola bildirib ki, o, Quterreşə “Kipr bölünmüş olaraq qaldığı müddətcə, tamamlanmış Avropadan heç vaxt danışa bilmərik” mesajını verib.
Kipr Rum lideri Nikos Hristodulidis ilə görüşündən sonra mətbuatın suallarını cavablandıran Avropa Parlamentinin sədri “Bu, təkcə Kipr problemi deyil, Avropa problemidir” deyə bildirib.
Murad Şahməmməd