
İlon Mask: Amerika siyasətçiləri nə üçün Ukrayna sərhəddinə ABŞ sərhəddindən 100 dəfə çox əhəmiyyət verirlər?
O, sosial media hesabında "Sərhəd böhranı hər gün daha da pisləşir! Nyu-York şəhəri artıq yükün altında əzilir" deyə yazıb. Bu tip bəyanatla çıxış edən İlon Mask Demokrat və Respublikaçılar Partiyasının siyasətçilərinə qarşı sərt açıqlamalar verib. Onları ABŞ-Meksika sərhəddi ilə maraqlanmamaqda ittiham edib.
Xatırladaq ki, İlon Mask, Tesla, SpaceX şirkətinin və sosial media platformasının sahibidir. Maskın özü gələn il keçiriləcək seçkilərdən əvvəl artan qeyri-qanuni immiqrasiya debatlarında iştirak edib. Dünyanın ən varlı adamı cümə axşamı Meksika ilə sərhəddə yerləşən Texasa gedib. Milyarder iş adamı öz təbirincə desək, “süzülməmiş” obrazını izləyicilərinə təqdim edib.
“Niyə hər iki partiyadan olan bu qədər amerikalı siyasətçi Ukrayna sərhəddi ilə ABŞ sərhəddindən 100 dəfə çox maraqlandırır?” - deyə sual ünvanlayıb.
Murad Şahməmməd