Sülhməramlıların taleyi  Bakı-Moskva danışıqlarında  müzakirə ediləcək

Sülhməramlıların taleyi Bakı-Moskva danışıqlarında müzakirə ediləcək

29 Sentyabr 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalması məsələsi Bakı ilə müzakirə mövzusu olacaq. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hələlik çətin ki, kimsə bu suala cavab versin, çünki indi söhbət Azərbaycan ərazisində yerləşən missiyadan gedir. Bu, Azərbaycan tərəfi ilə müzakirəmizin mövzusu olacaq”, - deyə Peskov Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində sülhməramlı missiyasının gələcək taleyi ilə bağlı suala cavabında bildirib.

Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması məsələsini şərh edən Peskov bildirib ki, bu məsələ aktual olaraq qalır. “Bu, mütləq aktualdır. Bundan əlavə, təbii ki, regionda nəqliyyat kommunikasiyalarının və logistikanın inkişaf etdirilməsi planları var. Bu, Azərbaycan, Ermənistan və Rusiya üçün son dərəcə vacibdir. Ümid edirik ki, bu iş davam etdiriləcək”, - deyə Peskov vurğulayıb.

Əziz Mustafa