
Tulada MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası keçirilir
Müstəqil Dövlətlər Birliyinin (MDB) səkkiz ölkəsinin nümayəndə heyətləri cümə günü MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının hərbi və hərbi-texniki əməkdaşlıq üzrə iclasının keçiriləcəyi Tulaya gəlib. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın müdafiə nazirliklərinin nümayəndə heyətləri Tulaya gəlib.
“Nümayəndə heyətlərinin başçıları görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Həmçinin dünyada yaranan hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Əziz Mustafa
Digər xəbərlər