İsveçrə məhkəməsi Belarus xüsusi təyinatlı əsgərinə bəraət verib

İsveçrə məhkəməsi Belarus xüsusi təyinatlı əsgərinə bəraət verib

29 Sentyabr 2023 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrə məhkəməsi keçmiş «SOBR» əsgəri Yuri Qaravskinin 1999-cu ildə belarus siyasətçilərinin itkin düşməsi ilə bağlı verdiyi ifadəni çaşqın və etibarsız hesab edib.

İsveçrə məhkəməsi Belarus «SOBR»-nin keçmiş əməkdaşı Yuri Qaravskiyə bəraət verib. O, 1999-cu ildə Belarusun üç müxalifətçisinin: Mərkəzi Seçki Komissiyasının keçmiş rəhbəri Viktor Qonçarın, keçmiş daxili işlər naziri Yuri Zaxarenkonun və iş adamı Anatoli Krasovskinin oğurlanması və qətlində əli olmaqda ittiham olunurdu.

Qaravski 2018-ci ildə mediaya müsahibə verərək adam oğurluğu və edamda iştirak etdiyini etiraf edərkən İsveçrəyə qaçıb. Lakin sonradan məhkəmə zamanı o, ifadəsini dəyişib və təfərrüatlarda o qədər çaşıb ki, ona qarşı ədaləti çaşdırmaq ittihamı irəli sürülüb.

Amma sonda Qaravski hər iki maddə üzrə bəraət qazanıb. Hakim bunun Belarus hakimiyyətinin iştirak etdiyi və şübhəsiz məsuliyyət daşıdığı “xüsusi iş” olduğunu söyləyib. Keçmiş «SOBR» əsgərinə gəlincə, onun dörddə bir əsr əvvəl baş vermiş hadisələrdə rolu məhkəmə üçün qaranlıq qalıb.

Ölən müxalifətçilərin yaxınlarının vəkilləri də maddi təzminat tələbi ilə mülki iddia qaldırıblar. Bu işə mülki məhkəmədə ayrıca baxılacaq.

Murad Şahməmməd