
Rusiyanın quru hücumlarının intensivliyi azalıb: Hava hücumlarının sayı artıb
Rusiya qoşunları Kupyansk-Svatovo-Kremennaya xəttinin ərazisində quru hücumlarının intensivliyini azaldıb, lakin hava hücumlarının sayını artırıb. Bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
Rusiya və Ukraynadan olan rəsmi mənbələr Kupyanski və Limanski istiqamətlərində hərbi əməliyyatların intensivliyinin azaldığını təsdiqləyirlər ki, bu da Ukrayna qoşunlarının Rusiya qüvvələrini bu xəttdən uzaqlaşdırdığını və ərazidə hücum potensialını azaltdığını göstərir.
Ukrayna Baş Qərargahı cümə axşamı səhər saatlarında Rusiyanın Kupyanski və Limanski istiqamətlərində qurudan hücumlarının olmadığını, axşama yaxın isə Kremennayanın cənubunda bir hücumun qeydə alındığını bildirdi.
Eyni zamanda, ekspertlər qeyd edirlər ki, Rusiya aviasiyası Xarkov, Luqansk və Xerson vilayətlərində fəallığını artırır. Xerson vilayəti hərbi administrasiyasının sözçüsü Aleksandr Tolokonnikov iddia edir ki, son üç gündə Xerson və ətraf ərazilərə endirilən aviazərbələrin sayı 3-4 dəfə artıb, bölgədəki hədəflərə 50-dən çox bomba atılıb.
Əziz Mustafa