
Kursk vilayəti on pilotsuz təyyarə ilə hücuma məruz qalıb
Sentyabrın 29-na keçən gecə Kursk vilayəti on pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Onlardan biri 2 partlayıcı qurğunu yarımstansiyaya atıb.
“Transformatorlardan biri yanıb. Beş yaşayış məntəqəsi və xəstəxana ilə əlaqə kəsilib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Biz enerji təchizatı təhlükəsiz olan kimi bərpa etməyə başlayacağıq”, – deyə Kursk vilayətinin qubernatoru Roman Starovoit Telegram kanalında bildirib.
Rusiya Müdafiə Nazirliyi iri pilotsuz təyyarə hücumunu təsdiqləyib. Rusiya Hərbi Departamentinin məlumatına görə, ümumilikdə on bir təyyarə tipli pilotsuz uçan aparat növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Onlardan 10-u Kursk vilayəti ərazisi, biri isə Kaluqa vilayəti üzərində məhv edilib. Rusiya Müdafiə Nazirliyi başqa təfərrüatları açıqlamayıb.
Əziz Mustafa