
Ermənistanın Roma Statutuna qoşulmaq qərarı Rusiyaya qarşı “son dərəcə düşmənçilikdir”
Ermənistanın Roma Statutuna qoşulmaq qərarı Rusiyaya qarşı “son dərəcə düşmənçilikdir”. Rusiya mətbuatının məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ermənistan çox yaxşı bilir ki, biz Roma Statutunu] tərəfi deyilik və Ermənistan bu əsasda qəbul edilmiş mübahisəli qərardan-Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsindən- yaxşı xəbərdardır. bu nizamnaməyə uyğundur”, - deyə Peskov bildirib.
O vurğulayıb ki, Ermənistanın bu cür hərəkətləri Rusiya tərəfindən birmənalı qarşılanmır, çünki İrəvan Moskvanın bu məsələdə mövqeyini yaxşı bilir.
Xatırladaq ki, bir müddət əvvəl Nikol Paşinyan Ermənistan hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsini tam şəkildə ratifikasiya etməkdə qəti qərarlı olduğunu bildirmişdi.
Qeyd edək ki, 2023-cü ilin martında Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə beynəlxalq order verib.
Əziz Mustafa