
Kreml Qarabağ bölgəsində vəziyyətin inkişafını diqqətlə izləyir
Kreml Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin inkişafını diqqətlə izləyir. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qarabağ separatçılarının başçısı Samvel Şahramanyanın 2024-cü il yanvarın 1-dən separatçı rejimin ləğvi ilə bağlı “fərman” imzalamasına münasibət bildirmək xahişinə cavab olaraq Peskov deyib: “Biz vəziyyəti diqqətlə izləyirik, ilk növbədə. Hamısı təbii ki, humanitar aspektdir, bu, ən önəmlisidir”.
Kremlin sözçüsü həmçinin bildirib ki, Rusiya sülhməramlıları “insanlara kömək etməyə davam edir...”
Əziz Mustafa
Digər xəbərlər