
Avropada hər 4 gəncdən 1-i həm təhsil alır, həm də işləyir
Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdə gənclərin 25 faizi təhsil alarkən həm də işləyirlər. Avropa Statistika İdarəsi (Eurostat) 2022-ci ildə Aİ-yə üzv olan 27 ölkədə formal təhsil almış 15-29 yaşlı gənclərin məşğulluğu ilə bağlı məlumatları dərc edib.
Müvafiq olaraq, AB ölkələrində gənclərin 72 faizi təhsil alarkən əmək bazarından kənarda qalıb. Gənclərin 25 faizi təhsilini davam etdirərkən işlə təmin olunub. Bundan əlavə, gənclərin 3 faizi rəsmi təhsil alarkən fəal şəkildə iş axtarır.
Aİ ölkələri arasında gənclərin təhsil alarkən əmək bazarına çıxışı milli təhsil sistemlərinə, əmək bazarının xüsusiyyətlərinə və mədəni amillərə görə əhəmiyyətli dərəcədə fərqlənir.
Təhsil dövründə gənclərin ən çox işlə təmin olunduğu ölkə Hollandiya olub. Hollandiyada təhsil alan gənclərin 73 faizi işləyir. Digər ölkələr, 52 faizlə Danimarka, 45 faizlə Almaniya, 43 faizlə Avstriya, 42 faizlə Finlandiya və 38 faizlə İrlandiya bu tendensiyanı tamamlayır.
Avropada təhsil alan gənclərin məşğulluq səviyyəsinin ən aşağı olduğu ölkələr yüzdə 2 ilə Rumıniya, yüzdə 5 ilə Slovakiya, yüzdə 6 ilə Macarıstan və Yunanıstandır.
Bundan əlavə, Aİ ölkələrində qadınlar kişilərlə müqayisədə təhsil alarkən daha yüksək nisbətdə işləyənlər siyahısında yer alırlar.
Murad Şahməmməd