Sərhədlərə yaxın mülki hava limanları Müdafiə Nazirliyinin tabeliyinə verilib

Sərhədlərə yaxın mülki hava limanları Müdafiə Nazirliyinin tabeliyinə verilib

28 Sentyabr 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Tacikistan hökuməti yerli aviaşirkətlərin hava limanlarının şəhər və rayonların bələdiyyə mülkiyyətindən respublika mülkiyyətinə və respublikanın Müdafiə Nazirliyinin balansına verilməsi haqqında qərar qəbul edib.

Hökumətin qərarına əsasən, Qırğızıstanla sərhəd yaxınlığında yerləşən İsfara Hava Limanı Xocənd Beynəlxalq Hava Limanının nəzarətindən çıxarılaraq Tacikistan Müdafiə Nazirliyinin tabeliyinə verilib.

Əfqanıstanla həmsərhəd olan Farxor rayonu və Mir Səid Əli Həmədani rayonunun hava limanları müdafiə idarəsinin sərəncamına verilib. Bu obyektlər Tacikistanın Müdafiəyə Yardım İctimai Təşkilatının Mərkəzi Komitəsinin balansında olub.

Bundan başqa, şəhər və rayonların bələdiyyə mülkiyyətindən olan 18 yerli hava limanı da müdafiə idarəsinə veriləcək.

Səfərbərlik üzrə çağırış ehtiyatı tərkibində hərbi xidmətə ayrılan vəsait hava limanlarının bərpasını və daimi hazır vəziyyətə gətirilməsini təmin etmək üçün Müdafiə Nazirliyinə həvalə edilib.

Hazırda uçuşlar ölkənin yalnız dörd beynəlxalq hava limanından Düşənbə, Xocənd, Boxt və Kulobdan yerinə yetirilir:.

Əziz Mustafa