Onlar bizim keçmiş nəslin bütün çarəsizliyinə qalib gəliblər

Onlar bizim keçmiş nəslin bütün çarəsizliyinə qalib gəliblər

28 Sentyabr 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bayraktar mətbuata verdiyi açıqlamada, bu il Cümhuriyyətin 100-cü ildönümünə yaraşan «TEKNOFEST»-i üç böyük şəhərdə təşkil etmək qərarına gəldiklərini ifadə edərək, İstanbul və Ankaradakı festivalların möhtəşəm olduğunu bildirib.

İzmirdə ilk dəfə təşkil edilən «TEKNOFEST»-ə böyük marağın olduğuna diqqət çəkən Bayraktar, İstanbul və Ankaradakı texnologiya yarışmaları ilə yanaşı İzmirdə də texnologiya startap yarışmaları təşkil etdiklərini açıqladı.
«TEKNOFEST»-in ürəyi olan yarışlarda gənc bir nəslin formalaşıb komandalarını yetişdirdiyinə işarə edən Bayraktar:
«Təkcə müdafiə sənayesində deyil, texnologiyanın bütün mülki sahələrində də dünyada iz qoyacaq məhsullar inkişaf etdirəcək nəsil yetişir. Onlar bizim keçmiş nəslin bütün çarəsizliyinə qalib gəliblər. Bizim dövrümüzdə xarici şirkətdə texniki qulluqçu olmaq qabaqcıl arzular arasında idi, indi isə belə deyil. Bizim gənc nəsil artıq dünyada öz izini qoyub».
Dost və qardaş bölgələrin festivala marağının artmaqda davam etdiyinə diqqət çəkən Bayraktar, «Dünyanın əhəmiyyətli texnologiya təşəbbüskarlarının da marağının artdığını görürük. Qapılarımız bütün ziyarətçilərimizə açıqdır» deyə bildirib.

Murad Şahməmməd