
Berlində Almaniya kansleri ilə Mərkəzi Asiya ölkələrinin prezidentlərinin sammiti keçiriləcək
Sentyabrın 29-da Berlində Mərkəzi Asiya ölkələrinin prezidentləri ilə Almaniya kanslerinin sammiti keçiriləcək, kanslerin mətbuat xidməti xəbər verir.
“Cümə günü, sentyabrın 29-da Federal Kansler Olaf Şolz Mərkəzi Asiyanın bütün beş dövlətinin prezidentləri ilə görüş keçirəcək”, - deyə məlumatda bildirilir.
Görüş ilk dəfə bu formatda keçiriləcək. Mətbuat xidməti qeyd edib ki, əsas diqqət regional və iqtisadi əməkdaşlığın gücləndirilməsinə, o cümlədən region və Almaniya üçün vacib olan qarşılıqlı fəaliyyət məsələlərinə yönələcək.
Bunun ardınca Şolzla Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan prezidentləri arasında ikitərəfli danışıqlar aparılacaq. Bir gün əvvəl kansler Qazaxıstan prezidentini qəbul edəcək. Danışıqlar zamanı siyasətçilər ikitərəfli münasibətlər, iqtisadi və enerji siyasəti sahəsində əməkdaşlıq da daxil olmaqla geniş mövzuları müzakirə edəcəklər.
Əziz Mustafa