
Bu toy deyil, əslində fəlakətdir: 93 ölü, 100 yaralı
İraqın Mosul şəhərində toyda atəşfəşanlıq səbəbindən baş verən yanğında 93 nəfər ölüb, 100 nəfər yaralanıb. Bəy və gəlin rəqs edərkən baş verən yanğın görüntüləri dəhşətli olub. Digər tərəfdən, yerli hakimiyyət orqanlarının son xəbərinə görə bəy və gəlinin də öldüyü təsdiqlənib.
Müxtəlif mənbələrdə toyda 113 nəfərin öldüyü, 500 nəfərin isə yaralandığı bildirilsə də, son məlumata görə, İraq Daxili İşlər Nazirliyi Mosulda şadlıq sarayında baş verən yanğında ölən və yaralananların sayının dəqiq açıqlamasını yayıb. Ölənlərin sayının 93, yaralıların sayının isə 100 nəfər olduğu bildirilib.
Murad Şahməmməd
Digər xəbərlər