
Samo əczaçılıq şirkətinin şərikli sahibi ABŞ tərəfindən axtarılır
ABŞ hakimiyyət orqanları və İnterpol Samo əczaçılıq şirkətinin təsisçisi Nodir Yunusovu axtarır. Özbəkistanda zəhərlənən uşaqların qəbul etdiyi yod preparatlarını məhz bu şirkət təmin edirdi. Özbəkistanlı bloger Nikita Makarenko sosial şəbəkədəki səhifəsində buna diqqət çəkib.
ABŞ hakimiyyət orqanlarının məlumatına görə, Giant Labor Solutions (GLS) şirkətində çalışan 23 yaşlı Nodir Yunusov qeyri-qanuni olaraq əcnəbiləri işə götürüb, insan alveri ilə məşğul olub və onları işləməyə məcbur edib.
Yunusovun bəzi şərikləri saxlanılsa da, özü, habelə onun əlaltıları Ağzamov və Şükürov qaçıb.
Orginfo.uz saytının məlumatına görə, Nodir Bəxtiyaroviç Yunusov özbək uşaqlarının məktəb və uşaq bağçalarında qəbul etdiyi yod preparatlarını zəhərləyən Samo şirkətinin nizamnamə kapitalında 6,9 faizə sahibdir. Digər 36,5% və 33,5%, 22,4% müvafiq olaraq Farux Bəxtiyaroviçə, Xalidə Mannanovna Yunusova və Nərgiz Bəxtiyarovna İlhamova məxsusdur.
Gazeta.uz-un yazdığı kimi, Özbəkistanın Səhiyyə Nazirliyi Samodan 22 milyard soma v 3,55 milyon bağlama “Antistrumin” (kalium yodid) alıb.
2023-cü il sentyabrın 24-də Namanqan rayonunda uşaqların zəhərlənməsi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 257−1-ci (Sanitariya qanunvericiliyini və ya epidemiyaya qarşı mübarizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Yod tərkibli “Antistrumin” dərmanının məcburi qəbulundan sonra xəstəxanalara müraciət edən uşaqların sayı 600 nəfəri ötüb.
Ötən il Özbəkistanda 65 uşaq Hindistanın “Doc-1 Max” dərmanından dünyasını dəyişib.
“Quramax Medikal” şirkətinin direktoru, hind dərmanının distribyutoru Raqvendra Prathar “Doc-1 Max” işi üzrə məhkəmə prosesində etiraf edib ki, o, Dövlət Dərmanların Ekspertiza və Standartlaşdırma Mərkəzinin əməkdaşına 33 min dollar verib.
Əziz Mustafa