
Kobaxidze Salome Zurabişvilini Konstitusiyanı kobud şəkildə pozmaqda ittiham edib
Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze Gürcüstan prezidenti Salome Zurabişvilinin hərəkətlərinə etiraz edərək, onu Konstitusiyanı kobud şəkildə pozmaqda və prezidentliyə yaraşmayan davranışlarda ittiham edib. Kobaxidze bu barədə televiziyada bildirib.
“Sistem, o cümlədən hakim komanda üçün Salome Zurabişvili Konstitusiyanı bir dəfədən çox kobud şəkildə pozan və bizim üçün layiqli olmayan prezident olaraq qalır”,- deyə o bildirib.
Kobaxidze həmçinin Zurabişvilinin Gürcüstanın milli maraqlarına zərər verdiyini iddia edir, onu təxribatda günahlandırır və ölkənin Aİ-nin tələblərinə yalnız formal şəkildə əməl etdiyini iddia etməklə ölkənin Aİ-yə namizəd statusu qazanmaq cəhdlərinə müntəzəm olaraq zərbə vurduğunu deyir.
Qeyd edək ki, hakim partiya Zurabişvili hökumətin icazəsi olmadan Aİ liderləri ilə xarici səfərə getdikdən sonra ona qarşı impiçment proseduruna başlayıb.
Əziz Mustafa