Maykl Kurilla  Mərkəzi Asiya ölkələrinin Müdafiə nazirliklərinin baş qərargah rəisləri ilə görüş keçirib

Maykl Kurilla Mərkəzi Asiya ölkələrinin Müdafiə nazirliklərinin baş qərargah rəisləri ilə görüş keçirib

28 Sentyabr 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl Kurilla Daşkənddə Mərkəzi Asiya ölkələrinin Müdafiə nazirliklərinin baş qərargah rəisləri ilə görüş keçirib. Bu barədə Özbəkistan mətbuatı məlumat yayıb.

İclasda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Pakistanın Müdafiə nazirliklərinin baş qərargah rəisləri təmsil olunub. Danışıqlar regional təhlükəsizlik və sabitlik, həmçinin terrorizmlə mübarizə və humanitar yardımın göstərilməsi məsələlərini əhatə edib.

Qeyd edək ki, general Kurillanın Daşkəndə səfəri onun son iki ildə Orta Asiyaya ikinci səfəri olub.

Əziz Mustafa