
Baydenin iti yenidən bir gizli agenti dişləyib
Həyati təhlükəsi olmayan xəsarət alan işçini iki yaşlı itin dişlədiyi və Ağ Evdə it hücumuna məruz qalan 11-ci heyət üzvü olduğu xarici mətbuatda açıqlanıb. ABŞ prezidenti Co Baydenin komandir adlı iti bazar ertəsi axşam Ağ Evin məxfi xidmətinin əməkdaşını dişləyib. Birinci xanım Jill Baydenin sözçüsü izah edib ki, Ağ Ev kompleksi ev heyvanları üçün unikal və tez-tez stresli bir mühit ola bilər.
Xatırladaq ki, Baydenlərin əvvəlki iti, Komandirlə eyni cinsdən olan Mayor da aqressiv davranış nümayiş etdirmişdi. Gizli xidmətə və Ağ Ev işçilərinə hücum edən it sonradan Baydenlərin Delaverdəki dostlarına göndərilib.
Komandir adlı it isə 2021-ci ilin dekabrında Ağ Evədə prezident Baydenə qardaşı Ceyms və baldızı tərəfindən ad günü münasibətilə hədiyyə olaraq verilmişdi.
Murad Şahməmməd