
Sosial platformalarda satış qadağan edildi
İndoneziyanın ticarət naziri Zülkifli Həsən sosial platformalarında satışın qadağan edildiyini açıqlayıb.
İndoneziya Ticarət Naziri Zülkifli Həsən paytaxt Cakartada təşkil etdiyi mətbuat konfransında sosial platformalarında satışı qadağan etdiklərini və sözügedən qaydaya riayət etmək üçün bir həftə vaxt verildiyini söylədi. Qeyd olunur ki, sosial platformalarında satış qadağasının ən çox «TikTok»-a təsir edəcəyi gözlənilir.
Murad Şahməmməd
Digər xəbərlər