
İsrail vətəndaşları 90 gün müddətində ABŞ-a vizasız gedə biləcəklər
ABŞ İsraili turizm və biznes üçün 90 gün ərzində ölkəyə vizasız giriş imkanı verən viza proqramına daxil etdiyini açıqlayıb.
Mövzu ilə bağlı ABŞ Dövlət Departamentindən yazılı açıqlama verilib. Açıqlamada qərarın ABŞ Daxili Təhlükəsizlik Departamenti ilə məsləhətləşmələr nəticəsində alındığı və bu addımın İsrail ilə ABŞ arasında iqtisadi və humanitar əlaqələri gücləndirəcəyini bildirilib. Açıqlamada o da bildirilib ki, İsrail vətəndaşları Səyahət İcazəsini Elektron Sistemində qeydiyyatdan keçərək ABŞ-a turizm və işgüzar səfərlər üçün 90 gün müddətində vizasız gedə bilərlər.
Murad Şahməmməd
Digər xəbərlər