Türkiyə sahillərində 52 immiqrant xilas edilib

Türkiyə sahillərində 52 immiqrant xilas edilib

27 Sentyabr 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə Ayvalık sahillərində yunanlılar tərəfindən yenidən Türkiyə ərazi sularına sıxışdırılan 52 qeyri-qanuni mühacir xilas edilib. 18 qeyri-qanuni immiqrant isə yaxalanıb. Ayvalık sahillərində rezin qayıqda qeyri-qanuni immiqrantların olması xəbəri üzərinə qruplar bölgəyə istiqamətləndirilib. Türkiyə ərazi sularına geri çəkilən Sahil Mühafizəsinə məxsus “KB-4510” gəmisi tərəfindən ümumilikdə 52 qeyri-qanuni mühacir xilas edilib.

Sahil Mühafizəsinin "TCSG-551" təyyarəsi tərəfindən müşahidə zamanı rezin qayıqda olan bir qrup nizamsız immiqrant aşkarlanıb.

Murad Şahməmməd