
Antarktidada dəniz buzları sahəsi son 45 ilin ən aşağı səviyyəsindədir
Antarktidada dəniz buzuları sahəsi bu il 1979-cu ildən bəri ən aşağı səviyyədədir. ABŞ-ın İqlim Araşdırmaları Mərkəzi bazar ertəsi Antarktika qitəsi ətrafında üzən dəniz buzunun görünməmiş aşağı səviyyəyə çatdığını açıqlayıb.
Araşdırmada bildirilir ki, bu dəyişiklik dəniz buzları üzərində balalarını böyüdən pinqvinlər kimi heyvanlar üçün dəhşətli ola bilər. Mütəxəssislər onu da əlavə ediblər ki, bu buzların azalması onların kosmosa əks olunan günəş işığının miqdarını azalda və qlobal istiləşməni sürətləndirə bilər.
Mövsümlərin tərsinə çevrildiyi cənub yarımkürəsində yerləşən Antarktidada dəniz buzu ümumiyyətlə sentyabrda qışın sonuna doğru pik zirvəyə çatır və yayın sonunda, fevral-mart aylarında kiçilir.
Murad Şahməmməd
Digər xəbərlər