
Məhkəmə qazaxıstanlı müxalifətçi Janbolat Mamaya kitab yazmağı və müsahibə verməyi qadağan edib
Almatı şəhərinin Bostandik Rayon Məhkəməsi qeydiyyatdan keçməyən Qazaxıstan Demokratik Partiyasının lideri Janbolat Mamaya rəsmən yazmaq və müsahibə vermək qadağan olunduğunu təsdiqləyib. Müxalifətçinin həyat yoldaşı İnqa İmanbay sentyabrın 25-də onun müraciətinə baxıldıqdan sonra siyasətçiyə qoyulan məhdudiyyətlərlə bağlı izahat verilib
İmanbayın sözlərinə görə, Mamay ictimai-siyasi və jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün əvvəllər müəyyən edilmiş məhkəmə qadağası çərçivəsində konkret nəyi edə bilmədiyini öyrənməyə çalışıb.
Hakim Yelena Kvan vəsatəti nəzərdən keçirərək, məhdudiyyətlərin məhkumun soruşduğu hər şeyə şamil olduğunu bildirdi.
Mamay üçün hər hansı ictimai və siyasi fəaliyyətə qadağa 2029-cu ilə qədər qüvvədə qalacaq.
Bu ilin aprelində Almatı məhkəməsi Janbolat Mamayı kütləvi iğtişaşların təşkilində, bilə-bilə yalan məlumat yaymaqda və hökumət rəsmisini təhqir etməkdə təqsirli bilib, altı il şərti həbs cəzasına məhkum edib. Siyasətçiyə 6 il müddətinə siyasi və jurnalist fəaliyyəti ilə məşğul olmaq, həmçinin sosial şəbəkələrdə aktiv olmaq qadağan edilib.
Əziz Mustafa