
Özbəkistan Rusiyadan qaz idxalı üçün infrastruktur hazırlayıb
Özbəkistanda infrastruktur oktyabrın 1-dən Rusiyadan təbii qazın idxalı üçün hazırlanıb, bu barədə oilexp.ru saytı məlumat yayıb.
“Biz oktyabrın 1-dən Rusiya qazını qəbul etməyə hazırıq. Bizim qaz kəmərlərimiz yüksək təzyiqli qazı qəbul etməyə uyğunlaşdırılıb”, - deyə Özbəkistanın Energetika Nazirliyi bildirib.
İyunun 16-da “Qazprom” Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Özbəkistanın hakimiyyət orqanları ilə bu ölkəyə təbii qazın tədarükünə dair müqavilə imzalayıb. Daha sonra Respublika Energetika Nazirliyi izahat verdi ki, müqavilə iki il müddətinə bağlanıb, tədarüklərə oktyabrın 1-də başlanması planlaşdırılır, satınalmaların həcmi ildə təqribən 2,8 milyard kubmetr təşkil edir.
Departament bundan əvvəl Rusiya qazının Qazaxıstan ərazisindən keçməklə Mərkəzi Asiya - Mərkəz qaz kəməri ilə əks rejimdə Özbəkistana veriləcəyini bildirmişdi. Bu, respublika ərazisində yeni qaz ölçmə məntəqəsinin tikintisini tələb edirdi. Bundan əlavə, 22 kilometr yeni qaz kəmərinin çəkilməsi, 56 kilometr mövcud şəbəkənin təmiri, 14 müxtəlif növ qaz nasos qurğusunun dəyişdirilməsi nəzərdə tutulmuşdur. Bütün işlərin sentyabr ayına kimi başa çatdırılması nəzərdə tutulmuşdu.
Özbəkistanın neft-qaz müəssisələrinin imkanları hazırda ildə 70 milyard kubmetrə yaxın təbii qaz və səkkiz milyon ton maye karbohidrogen istehsalına imkan verir. Amma ehtiyatların tükənməsi və texnoloji itkilər səbəbindən son 15 ildə karbohidrogen hasilatı xeyli aşağı düşüb. 2022-ci ilin sonunda respublikada təbii qaz hasilatı 2021-ci illə müqayisədə dörd faiz azalaraq 51 milyard 665 milyon kubmetr, neft hasilatı 2023-cü ilin yanvar-iyun aylarında 9,6 faiz azalaraq 23 milyard 565 milyon kubmetr təşkil edib.
Əziz Mustafa