
Casusluqda ittiham olunan 5 Bolqarıstan vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Rusiya xeyrinə casusluqda ittiham olunan 5 Bolqarıstan vətəndaşı Londonda məhkəmə qarşısına çıxıb. Şəbəkəyə Almaniyanın Wirecard ödəmə sisteminin keçmiş əməliyyat direktoru, beynəlxalq axtarışa verilmiş Yan Marsalek rəhbərlik edirdi. Marsalek hazırda Rusiyada gizlənir.
İş üzrə təqsirləndirilən şəxslər 45 yaşlı Orlin Rusev, 41 yaşlı Bizer Cambazov, 31 yaşlı Katrin İvanova, 31 yaşlı İvan Stoyanov və 29 yaşlı Vanya Qaberovadır. Əgər hələ fevral ayında Rusev, Cambazova və İvanovanın saxlanması ilə bağlı məlumatlar mediada yayılıbsa, o zaman ilk dəfə Stoyanov və Qaberovanın adları dərc olunub.
Böyük Britaniyada yaşayan Bolqarıstan vətəndaşları Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiyanın pasportları, şəxsiyyət vəsiqələri və digər sənədlərini “qanunsuz qəsdlə” ələ keçiriblər.