Nyu-York məhkəməsi Donald Trampı fırıldaqçılıqda təqsirli bilib

Nyu-York məhkəməsi Donald Trampı fırıldaqçılıqda təqsirli bilib

27 Sentyabr 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Nyu-York məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı fırıldaqçılıqda təqsirli bilib, Bloomberg yazır.

Məhkəmə Donald Trampın banklara və sığortaçılara təqdim etdiyi maliyyə hesabatlarında fırıldaq yolu ilə sərvətini milyardlarla dollar şişirtməkdə məsuliyyət daşıdığına qərar verib.

Çərşənbə axşamı Manhettendə hakim Artur Engoronun çıxardığı qərar, ştatın keçmiş prezidentə qarşı ən böyük iddiasını həll edir və oktyabrın 2-də başlaması planlaşdırılan məhkəmə prosesini daraldır, eyni zamanda ştatın 250 milyon dollar təzminat tələbini mümkün edir.

Demokratlardan olan Nyu York Baş prokuroru Letitia James-in iddiasının siyasi motivli olduğunu iddia edən Tramp, çox güman ki, qərardan şikayət edəcək.

Əziz Mustafa