Fransa Zəngəzurda konsulluq açacaq

Fransa Zəngəzurda konsulluq açacaq

27 Sentyabr 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa Ermənistanın Sünik rayonunda (Qərbi Zəngəzur) konsulluq açacaq. Bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna Milli Assambleyanın iclasında bildirib.

“Biz Ermənistanla müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmişik. Fransa səfirliyində hərbi attaşe olacaq. Tezliklə sərhəddə yerləşən Sünik bölgəsində konsulluq mərkəzi açacağıq”, - deyə Kolonna bildirib.

O, həmçinin qeyd edib ki, Fransa dəfələrlə Ermənistanı dəstəkləyib, o cümlədən BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb və maliyyə dəstəyini xatırladıb.

Əziz Mustafa