Putin Bişkekdə keçiriləcək MDB ölkələri dövlət başçılarının  sammitində iştirak edəcək

Putin Bişkekdə keçiriləcək MDB ölkələri dövlət başçılarının sammitində iştirak edəcək

27 Sentyabr 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə Qırğızıstanda görüşünün oktyabrın ortalarına planlaşdırıldığını bildirib, Belta xəbər verir.

Lukaşenko bu barədə Rusiyanın Leninqrad vilayətinin qubernatoru ilə görüşündə bildirib.

Belarus prezidenti Putinlə telefonla danışdığını və birgə layihələrin həyata keçirilməsini müzakirə etdiyini bildirib.

“Mən dünən Rusiya prezidenti ilə danışdım. Biz iki layihə üzrə razılığa gəlmişik. Oktyabrın 15-də isə biz Qırğızıstanda görüşürük və bu barədə ətraflı danışacağıq”, - deyə RİA Novosti xəbər verir.

Bu zaman Bişkekdə MDB ölkələrinin sammitinin keçirilməsi planlaşdırılır.

Vladimir Putin sonuncu dəfə 2022-ci ilin dekabrında Qırğızıstanda olub. O, Avrasiya İqtisadi İttifaqının sammitində iştirak edib.

Əziz Mustafa