
ABŞ 10 il ərzində nüvə sintezi elektrik stansiyası tikmək istəyir
ABŞ-ın energetika naziri Cennifer Qranholm ölkəsinin 10 il ərzində nüvə sintezi yolu ilə enerji istehsal edən obyekt yaratmağı hədəflədiyini bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 67-ci Baş Assambleyasının iclasında iştirak edərkən, Avstriyanın paytaxtı Vyanada Associated Press (AP) agentliyinə müsahibə verən Qranholm deyib ki, ABŞ hökuməti nüvə birləşməsindən faydalanmaq istəyir. Təmiz enerjiyə keçiddə texnologiyanın olduğunu və bunun 10 il içində ölkədə mövcud olacağını ifadə edərək, nüvə obyekti qurmaq istədiklərini ifadə edib.
Vaşinqtonda kommersiya nüvə sintezi vizyonuna nail olmağın mümkün olduğunu ifadə edən Qranholm, digər tərəfdən, hökumətin ölkədə buraxılan radioaktiv tullantıların saxlanması ilə bağlı ölkə daxilində müvəqqəti saxlama sahələrinə ev sahibliyi etməyə razılaşa biləcək icmaları müəyyən etmək üçün artıq araşdırmalara başladıqlarıını söyləyib.
Murad Şahməmməd