Tanklar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunda həlledici rol oynamalıdır

Tanklar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunda həlledici rol oynamalıdır

27 Sentyabr 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Pentaqon hesab edir ki, tanklar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunda həlledici rol oynamalıdır.

Bu fikri ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milley deyib, CNN yazır.

Onun sözlərinə görə, modernləşdirilmiş müasir tanklar və onlardan istifadə etmək bacarığı Ukraynanın uğurunun əsasını təşkil edəcək.

Üstəlik, əks-hücum başlayanda tanklar artilleriya və piyadalarla birgə fəaliyyət göstərəcək.

Amerikalı generalın sözlərinə görə, F-16 qırıcılarının və digər oxşar təyyarələrin Ukraynaya təhvil verilməsi planları daha çox uzunmüddətli plandır, ukraynalıların artıq mənimsədiyi ağır zirehli maşınlar isə əks-hücum üçün daha vacib komponentdir.

Əziz Mustafa