
İsveçrə Parlamenti satış üçün 25 Leopard 2 tankının istismardan çıxarılmasını təsdiqləyib
İsveçrə Parlamenti nəhayət ki, Almaniyanın Rheinmetall şirkətinə sonrakı satış üçün 25 Leopard 2 tankının istismardan çıxarılmasını təsdiqləyib.
Bu barədə yerli “Neue Zürcher Zeitung” qəzeti məlumat yayıb.
Berlin bəyan edib ki, bu tankları Ukraynaya ötürmək niyyətində deyil, lakin onlardan Ukraynaya yardımdan azaldılan öz ehtiyaclarını kompensasiya etmək üçün istifadə etmək niyyətindədir.
Ümumilikdə İsveçrədə istismardan çıxarılan 96 tank var idi. Qalan 71 tankı isə isveçrə öz arsenalına qaytarılmaq istəyir.
Daha əvvəl bildirilmişdi ki, İsveçrə Ruag SA-nın Almaniya vasitəsilə Ukraynaya Leopard tanklarının satışı ilə bağlı müraciətini rədd edib.
Digər xəbərlər