Naxçıvan və Azərbaycanın digər bölgələri ilə birbaşa əlaqə yaradılması Azərbaycan-Türkiyə əlaqələrini gücləndirəcək.

Naxçıvan və Azərbaycanın digər bölgələri ilə birbaşa əlaqə yaradılması Azərbaycan-Türkiyə əlaqələrini gücləndirəcək.

26 Sentyabr 20:48
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən bir sıra açıqlamalar verib.

Xüsusilə, Azərbaycanın Qarabağda uğurlu antiterror tədbirlərindən sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı jurnalistin sualını cavablandıran Ərdoğan qeyd edib ki, Naxçıvan və Azərbaycanın digər bölgələri ilə dəmir yolu və avtomobil yolu ilə birbaşa əlaqə yaradılması Azərbaycan-Türkiyə əlaqələrini gücləndirəcək.

“Bu güclü əlaqələrlə biz gələcəkdə bir çox məsələlərdə sürətlə irəliləyəcəyik. Ona görə də biz bu dəhlizin tez bir zamanda açılması üçün əlimizdən gələni edəcəyik. Türkiyə və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu dəhlizin həyata keçirilməsi strateji məsələdir və tamamlanmalıdır”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti Zəngəzur dəhlizinin açılması ilə bağlı İrandan müsbət siqnalların alındığını da bildirib. “Əgər biz Zəngəzur və Laçın dəhlizlərində sülh yollarını görmək istəyiriksə, o zaman bu məsələləri sakit və münaqişəsiz həll etməliyik. Türkiyədən Naxçıvana, Ermənistan vasitəsilə Azərbaycana gedəcək qatara gəlincə, onun Ermənistandan keçməsi məsələsinə baxmaq lazımdır. Ermənistan iştirak etməsə, marşrut necə gedəcək? İran vasitəsilə. İranın buna münasibəti müsbətdir ki, İran üzərindən Azərbaycana marşrut yaradılsın”, - deyə “Anadolu” agentliyi Ərdoğanın sözlərindən sitat gətirib.