
İran Ermənistanın sərhədləri ilə bağlı narahatlığını davam etdirir
İranın İrəvandakı yeni səfiri Mehdi Sobhani Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini qeyd edib. IRNA agentliyi xəbər verir ki, bu barədə o, Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
Görüşdə Ermənistanın baş naziri Sobhanini səfir təyin olunması münasibətilə təbrik edib və iki ölkə arasında əlaqələrin genişləndirilməsi və möhkəmlənməsinə ümid etdiyini bildirib.
Paşinyanın sözlərinə görə, İran və Ermənistan regionun çətin anlarında təmaslarını saxlamalıdırlar.
“İran İslam Respublikasının Prezidenti ilə etibarlı dialoq Tehran və İrəvan arasında tərəfdaşlığın dərinləşməsinə töhfə verir”, o qeyd edib.
Sobhani bu görüşdə Ermənistanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsizliyinin təmin olunduğunu və hüquqlarına hörmət edildiyini bəyan edib.
Tərəflər həmçinin iqtisadiyyat, ticarət, infrastrukturun inkişafı, səhiyyə, elm və mədəniyyət kimi sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
Əziz Mustafa