
ATACMS taktiki raketlərindən Rusiya ərazisinə zərbələr endirilməyəcək
Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə zərbələr endirmək üçün ATACMS taktiki raketlərindən istifadə etməyəcək, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov İspaniyanın ABC qəzetinə müsahibəsində bildirib.
“Biz onlardan (ATACMS raketləri - red.) Rusiya ərazisində istifadə etməyəcəyik, bizim tərəfdaşlarımızla bu məsələ ilə bağlı razılaşmalarımız var”, - deyə Danilov bildirib.
O qeyd edib ki, ATACMS-dən eksklüziv olaraq Ukrayna ərazisini qorumaq üçün istifadə olunacaq.
Sentyabrın 22-də NBC xəbər verdi ki, Co Bayden Vladimir Zelenskiyə ATACMS taktiki raketlərinin kiçik partiyasını Kiyevə ötürməyə söz verib.
Əziz Mustafa
Digər xəbərlər