11 məzar və 1000-dən çox tarixi əsər aşkar edilib

11 məzar və 1000-dən çox tarixi əsər aşkar edilib

26 Sentyabr 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın mərkəzi hissəsində aparılan tədqiqatlar nəticəsində 11 gizli qəbir və 1000-dən çox arxeoloji əsər aşkar edilib.

Meksikanın Milli Antropologiya və Tarix İnstitutu (İNAH) ölkənin San Andres Cholula şəhərində davam edən tədqiqatlar zamanı son klassik dövrə (1200-1521) aid 11 gizli məzar, 1000-dən çox arxeoloji əsər və 14 insan skeleti tapıldığını açıqlayıb.

«İNAH» analizdə tapılan insan qalıqlarının keramika parçalarında dəfn edildiyini və günə qədər toxunulmadığını bildirib.

«EFE» xəbər agentliyinə açıqlama verən «İNAH» arxeoloqu Serxio Suarez aşkarlanan qalıqların əvəzsiz və tarixi zənginliyə malik olduğunu bildirib.

Arxeoloq və layihə meneceri Erick Alarcon Carmona, küçələrdə heç bir tikili və ya piramida izi tapmadıqlarını ifadə edərək, «Təmizlik və yuyulma prosesində çoxu keramika olmaqla 1000-dən çox parça aşkar etdik. Hazırda qazıntı və laboratoriya prosesi davam edir»- deyə bildirib.

Fiziki Antropologiya Mütəxəssisi Martin Hernandez tapılan 14 skelet üzərində sakinlərin həyat tərzi və sağlamlıq vəziyyətini ortaya çıxarmaq üçün analizlər apardıqlarını qeyd edərək, «6-sı böyük, 8-i uşaq olmaqla 14 nəfər müəyyənləşdirilib» deyə məlumat verib.

Murad Şahməmməd