Krıma hücum Rusiyanın hava hücumundan müdafiə problemlərini nümayiş etdirir

Krıma hücum Rusiyanın hava hücumundan müdafiə problemlərini nümayiş etdirir

26 Sentyabr 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

“The New York Times” yazır ki, Ukrayna hərbi rəhbərlərin görüşü zamanı Rusiya Qara Dəniz Donanmasının qərargahına hücum edib.

Xüsusi Əməliyyat Qüvvələrinin (SSO) məlumatına görə, o zaman Rusiya Qara Dəniz Donanmasının komandiri, vitse-admiral Viktor Sokolov da daxil olmaqla 34 zabit öldürülüb.

Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov iki generalın - Aleksandr Romançuk və Oleq Tsekovun ağır yaralandığını iddia edir. Tərəflərdən heç biri onların vəziyyəti ilə bağlı əlavə məlumat verməyib, Rusiya Müdafiə Nazirliyi isə vəziyyəti şərh etməyib. İddiaların müstəqil yoxlanışı olmayıb.

Əgər Ukraynanın məlumatı təsdiqlənərsə, bu, Rusiyanın hava hücumundan müdafiə sistemində ciddi problemlərdən xəbər verə bilər və Moskvanı Krıma əlavə raket əleyhinə batareyalar ötürməyə məcbur edə bilər.

Qeyd edək ki, Ukrayna da sentyabrın 12-də Minsk desant gəmisinə hücumun 62 nəfərin ölümünə səbəb olduğunu iddia edir, lakin bu məlumat hələlik müstəqil şəkildə təsdiqini tapmayıb.

Əziz Mustafa