
İranın qərbindəki Xürrəmabad şəhərində güclü partlayış baş verib
Çərşənbə axşamı, sentyabrın 26-na keçən gecə İranın qərbindəki Xürrəmabad şəhərində güclü partlayış baş verib. İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Tasnim xəbər agentliyi yaşayış məntəqələrində, bir çox evdə divarların titrədiyini bildirib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Eyni zamanda, agentlik şəhər daxilində heç bir partlayışın olmadığını bildirən yerli hökumət rəsmilərinin açıqlamalarına istinad edir. Zəlzələnin orijinal versiyasının təsdiqi də yoxdur.
Qeyd edək ki, Xürrəmabad şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) İmam Əlinin adını daşıyan böyük raket bazası var. Bu gizli hərbi obyekt 2010-cu ilin oktyabrında onlarla insan itkisi ilə nəticələnən güclü partlayışa məruz qaldı.
Terrorla Mübarizə Mərkəzindən ABŞ-da yaşayan iranlı alim Erfan Fard və bəzi müşahidəçilər hadisənin İsrail Mossadının uğurlu əməliyyatı ola biləcəyini iddia edirlər.
Əziz Mustafa