Lukaşenko Belarusda dronların saxlanmasını və buraxılmasını qadağan edib

Lukaşenko Belarusda dronların saxlanmasını və buraxılmasını qadağan edib

26 Sentyabr 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Aleksandr Lukaşenko Belarus vətəndaşlarına dronların idxalını, saxlanmasını, satmasını, istehsalını və istifadəsini qadağan edən “Mülki pilotsuz uçuş aparatlarının dövlət qeydiyyatı və istismarı haqqında” fərman imzalayıb.

Mülki pilotsuz uçan aparatlardan istənilən istifadəyə yalnız təşkilatlara və hüquqi şəxslərə “işgüzar və peşəkar fəaliyyətləri” üçün icazə verilir. Bunun üçün onlar Belarus Nəqliyyat Nazirliyinin Aviasiya Departamentindən icazə almalıdırlar.

Bəyanatda deyilir ki, sərəncam “ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır”.

Fərmanda PUA-ların dövlət uçotu sisteminin yaradılması nəzərdə tutulur.

Belarus sakinlərinin artıq sahib olduqları dronları təşkilatlara satmaq və ya saxlanmaq üçün “hökumət tərəfindən təyin edilmiş səlahiyyətli təşkilata” təhvil vermək üçün altı ay vaxtı var.

Əziz Salamoğlu