
ABŞ və Rusiya Qarabağda sabitliyi pozmaqda ittiham olunur
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Telegram kanalı vasitəsilə verdiyi açıqlamada, «Biz Vaşinqtonu Ermənistanda anti Rusiya baxışlarının süni şəkildə artmasına səbəb olacaq son dərəcə təhlükəli söz və hərəkətlərdən çəkinməyə çağırırıq».
Azərbaycanın uğurlu əməliyyatından sonra minlərlə erməni Qarabağdakı evlərini tərk edərkən, ABŞ və Rusiya bir-birini Cənubi Qafqaz regionunda sabitliyi pozmaqda ittiham edirlər.
Antonovun bəyanatı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin ötən həftə Rusiyanı Azərbaycanın hərbi əməliyyatlarına müdaxilə etməməkdə ittiham etməsindən sonra verilib. «Düşünürəm ki, bu, Rusiyanın etibar edilə biləcək təhlükəsizlik tərəfdaşı olmadığını göstərir» - deyə sözçü jurnalistlərə bildirib.
Ermənistan Sovet İttifaqının dağılmasından sonra Rusiya ilə təhlükəsizlik tərəfdaşlığı qurub, lakin 2022-ci ildə prezident Vladimir Putinin Ukraynanı işğal etməsindən sonra münasibətlər getdikcə pisləşib.
Murad Şahməmməd