Samanta Pauer: ABŞ  Ermənistanın suverenliyi və  ərazi bütövlüyünü dəstəkləyir

Samanta Pauer: ABŞ Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir

26 Sentyabr 12:41
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistana səfər edən ABŞ dövlət katibinin köməkçisi Yuri Kim və USAID-in rəhbəri Samanta Pauer baş nazir Nikol Paşinyanla görüşdə ölkələrinin ona hər cür dəstək verəcəyini bəyan ediblər.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Samanta Pauer bildirib ki, Amerika nümayəndə heyəti Ermənistana ABŞ-ın suverenliyi, ərazi bütövlüyü və demokratiyasına sadiqliyini vurğulamaq üçün gəlib. O, ABŞ prezidenti Co Baydenin məktubunu baş nazirə təqdim edib.

ABŞ prezidentinin məktubunda deyilir ki, “Birləşmiş Ştatlar humanitar ehtiyacların ödənilməsi üçün hökumətinizlə işləməyə sadiqdir... Biz həmçinin, son hərbi təlimlərimizin nümayiş etdirdiyi kimi, enerjinin şaxələndirilməsi, dayanıqlılıq və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik”.

USAID rəhbəri bildirib ki, Birləşmiş Ştatlar “erməni xalqına iqtisadi fayda və sabitlik təmin edəcək” uzunmüddətli sülhə nail olmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcək.

Əziz Mustafa