
Bazeyan həbs edilib: O, Paşinyana sui-qəsd hazırlayırdı
“Yerkrapah” Könüllülər Birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək iki ay müddətinə həbs edilib. Bu məlumatı onun vəkili Georgi Melikyan sosial şəbəkələr vasitəsilə yayıb.
Melikyan vurğulayıb ki, məhkəmə istintaqın tələbini təmin etmək qərarına gəlib və Bazeyan barəsində həbs qətimkan tədbiri seçilib. Yerkrapanın keçmiş sədr müavini hər hansı təqsirini rədd edib və deyib ki, o, siyasi motivlərlə həbsdədir.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat vermişdi ki, sentyabrın 23-də Bazeyan “Səlibçilər” hərbi-vətənpərvərlik təşkilatının digər yeddi üzvü ilə birlikdə dövlət çevrilişinə cəhdlə əlaqədar aparılan istintaqla bağlı saxlanılıb.
Əziz Mustafa