Taliban Türkmənistanla sərhəddə yeni sərhəd keçidi açmaq istəyir

Taliban Türkmənistanla sərhəddə yeni sərhəd keçidi açmaq istəyir

26 Sentyabr 2023 07:23
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstan İslam Əmirliyinin nümayəndələri Türkmənistanla sərhəddə Badgis vilayətinin Bala Murqab bölgəsində yeni keçid tikmək niyyətində olduqlarını açıqlayıblar, Tolo News xəbər verir.

Əfqanıstan Ticarət və İnvestisiya Palatası (ACCI) yeni keçidin iki ölkə arasında malların idxalını və ixracını sadələşdirməyə kömək edəcəyini gözləyir.

İdarənin rəisi Yunus Mohmandın sözlərinə görə, keçiddən neft və unu daşımaq mümkün olacaq.

Əfqanıstan hökumətinin nümayəndəsi Zabihullah Mücahid bildirib ki, tikinti sahəsi artıq müəyyən edilib və hazırda lazımi infrastrukturun tikintisini öz üzərinə götürəcək şirkətlərlə danışıqlar aparılır.

Hazırda Türkmənistan və Əfqanıstan sərhədində iki nəqliyyat keçidi - Fəryab vilayətində Akina və Herat vilayətində Turqundi var.

Əziz Mustafa