
Böyük Britaniya ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrindən asılı olmayaraq Ukraynanı dəstəkləyəcək
Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinə baxmayaraq, ölkənin Ukraynaya dəstəyini davam etdirmək niyyətini təsdiqləyib. BBC-yə müsahibəsində o, Londonun Kiyevi dəstəkləməkdə əzmkar olduğunu bildirib və vurğulayıb: “Biz Ukraynadakı dostlarımızla çiyin-çiyinə olmağa davam edəcəyik”.
Bazar günü aparıcı Laura Kunsberg ABŞ seçkilərində Respublikaçı namizədin qalib gəlməsi və ABŞ-ın Ukraynaya dəstəyindən mümkün geri çəkiləcəyi halda Böyük Britaniyanın mövqeyi ilə bağlı sual verib. Şapps qeyd edib ki, “Respublikaçılarda nə baş verdiyini görməyimizə bir qədər vaxt lazımdır...”
Qrant Şapps mümkün təcavüzə qarşı durmağın vacibliyini vurğuladı: “Biz tiranın qonşunu işğal etməsinə icazə verdikdə və sonra qərbə doğru irəliləməyə davam etdikdə nə baş verdiyini bilirik”.
Şapps qeyd edib ki, Britaniya Kiyevi təkcə döyüş sursatı ilə təmin etmir, həm də Ukrayna hərbçilərinə təlim keçir. Bu ilin sonuna qədər 30 minə yaxın ukraynalı hərbçi Böyük Britaniyada təlim keçəcək.
Əziz Mustafa