
Meksikada tapılan yadplanetlilərin qalıqları realdırmı?
Meksikanın paytaxtı Mexiko şəhərində konqresdə keçirilən dinləmələrdə "insan olmayan" olduğu iddia edilən iki varlığın qalıqları təqdim edilib. Bütün dünyada trend mövzya çevrilən hadisədə jurnalist və ufoloq Jaime Maussanın təqdim etdiyi cəsədlər 1000 illik yad fərdlərin qalıqları olduğu olaraq iddia edilib. Bu iddiadan sonra elm adamları qalıqların tədqiqini tamamlayıblar. Beləliklə, Meksikada tapılan qalıqları həqiqətən yadplanetlilərə aiddirmi?
Jurnalist və ufoloq Jamia Maussan Meksika Konqresində keçirilən iclasda yadplanetlilərə aid olduğunu iddia etdiyi qalıqları sərgiləsə də, bu, dünyanın gündəm mövzusuna çevrilsə də, meksikalı akademiklər və tədqiqatçılar Maussanın tezislərini qeyri-elmi olaraq qiymətləndiriblər.
Meksika Milli Universitetinin akademikləri və tədqiqatçıları keçən həftə mətbuat konfransı keçirərək, Jaime Maussanın göstərdiyi və insan olmayan varlıqlara aid olduğu iddia edilən qalıqlar yadplanetlilərin olma ehtimalını sübut etməyib.
İclasda çıxış edən elm adamları «karbon-14» sınağına qoyulan hissələrin müxtəlif dövrlərə aid olduğu səbəbdən müxtəlifliyini bildiriblər. Maussanı elmdən istifadə edərək bir nöqtəyə çatmaqda günahlandıran akademiklər və tədqiqatçılar nümayiş etdirilən mumiyaların elm adamlarının etibar etdiyi sınaqlardan keçirilməli olduğunu xüsusi vurğulayıblar.
İclasda iştirak edən fizika professoru Alejandro Frank ufoloq Jamia Maussanı şarlatan adlandıraraq ittiham edib.
Murad Şahməmməd