Britaniya Ukrayna Silahlı Qüvvələrini tərkibində zəhərli asbest olan  zirehli maşınlarla  təmin etməyə hazırlaşır

Britaniya Ukrayna Silahlı Qüvvələrini tərkibində zəhərli asbest olan zirehli maşınlarla təmin etməyə hazırlaşır

22 Sentyabr 2023 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Daily Express xəbər verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin tərkibində zəhərli asbest olan zirehli maşınlarla təchiz oluna biləcəyini etiraf edib.

Materialda deyilir: "İki mindən çox Britaniya silahının qabığında potensial ölümcül asbest materialları ola bilər".

Jurnalistlər maddənin Kiyevə çatdırılan “Challenger 2” tanklarında, “Warrior” piyada döyüş maşınlarında və “Bulldog” zirehli transportyorlarında ola biləcəyini qeyd ediblər.

Müşahidəçilər vurğulayıblar ki, asbest ağciyərlərə daxil olarsa, ölümcül xəstəliklərə, o cümlədən xərçəngə səbəb ola bilər.

Ukraynanın əks-hücum əməliyyatı iyunun 4-də başlayıb və üç ay sonra Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, “əks-hücum” dayandırılıb, “bu, uğursuzluqdur”. Onun sözlərinə görə, “nəyin bahasına olursa-olsun nəticə əldə etmək” cəhdlərində Ukrayna 71,5 min hərbi qulluqçusunu itirib.

Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri ərazilərin heç birində öz məqsədlərinə nail olmayıb.

Bununla belə Ukrayna qüvvələrinin cəbhədə müəyyən uğurlar qazandığı və Rusianın hərb maşının tədricən çökdürməkdə olduğu fakt olaraq qalmaqdadır.

Əziz Mustafa